18 
Avq
2018
23:56
30
771
15096
Virtual karabakh

Son 6 ayda babasını və əmilərini itirən tələbə dənizdə boğuldu

18 Avq, 2018
23:56
15096

Son 6 ayda babasını və əmilərini itirən tələbə dənizdə boğuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərində dənizdə 19 yaşlı gənc boğulub.

Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, 1999-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan İnşaat Mühəndisləri İnstitunun 3-cü kurs tələbəsi olan Kənan Zahid oğlu Orucov Novxanı çimərliyində boğulub.

Qeyd edək ki, bu hadisə son 6 ayın içərisində Orucovlar ailəsində 4-cü faciədir.

Belə ki, bu il fevral ayının 20-də Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilmiş atası Ağagül Orucova aptekdən dərman alaraq yolu keçmək istəyən Biləsuvar rayon sakini Tarqulu Orucovu maşın vuraraq öldürmüşdü. Xəstəxanada oğlunun ölüm xəbərini eşidən ata da bu acı xəbərdən dünyasını dəyişmişdi.

Ağagül Orucov dənizdə boğulmuş gəncin babası, Tarqulu Orucov isə əmisi idi.

Aildə daha bir faciə isə bu ilin may ayının 15-də baş verib. Həmin gün səhər saatlarında DYP-nin Qaradağ stasionar postunun əməkdaşı, 1968-ci il təvəllüdlü polis serjantı Əşrəf Ağagül oğlu Orucov qəfil ürəktutmadan dünyasını dəyişmişdi.

İşdən çıxıb yaşadığı Xırdalan qəsəbəsinə çatan Ə.Orucovun ürəyində qəfil ağrı baş qaldırdığı üçün yaxınlıqdakı aptekdən dərman almaq istəsə də, elə aptekin qarşısında dünyasını dəyişib.

Mərhum Əşrəf Orucov da dənizdə boğulmuş gəncin əmisi idi…

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri