20 
Avq
2018
00:10
631
53
12530
Virtual karabakh

Bakıda ana ilə oğlu eyni vaxtda tələbə oldu

20 Avq, 2018
00:10
12530

Bakıda ana ilə oğlu eyni vaxtda tələbə oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb. Yüksək rəqabətlə müşahidə olunan qəbul imtahanları maraqlı faktlarla yadda qalıb.

Oxu.Az Yeniavaz.com-a istinadən xəbər verir ki, builki qəbul imtahanlarında ana və oğlu tələbə adını qazanıblar.

Bakı şəhəri 328 saylı məktəbdə ibtidai sinif müəllimi işləyən Kifayət Cabbarova Azərbaycan Kooperasiya Universitetinin İngilis dili fakültəsinə qəbul olunub.

O, qiyabi formada təhsil alacaq.

Oğlu Hüseyn Cabbarlı isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi adını qazanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri