28 
Avq
2018
13:12
212
44
15247
Virtual karabakh

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanır

28 Avq, 2018
13:12
15247

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 1-dən etibarən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik edilib.

Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. 

Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Qeyd edək ki, bundan əvvəlki layihədə yeni nəsil şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən veriləcəyi planlaşdırılmışdı.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri