29 
Avq
2018
12:06
63
141
2415
Virtual karabakh

Yeni yol nişanı süpürgəçiləri qoruyacaqmı?

29 Avq, 2018
12:06
2415

Yeni yol nişanı süpürgəçiləri qoruyacaqmı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda süpürgəçi qadınların avtomobillər tərəfindən vurulması ilə bağlı qoyulan yeni yol nişanı onların təhlükəsizliyinə kömək edəcək.

Bunu Oxu.Az-a açıqlamasında yol-nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib.

Onun sözlərinə görə, yol kənarında işləyən Mənzil Kommunal Təsərrüfat Birliyinin işçilərinin təhlükəsizliyini təmin etmək üçün hansısa tədbirlər həyata keçirilməldir:

“Bu nişanların olması müsbət addımlardan biridir. 100-150 metr məsafədə qoyulan nişan sürətlə gələn sürücünün diqqətini cəlb edəcək və sürəti azaldacaq. Çox asan daşınan nişandır. Bu, onu göstərir ki, adiyyəti qurumlar faktiki olaraq, təhlükəsizliklə bağlı işləri həyata keçirməyə hazırdır”.

Azər Allahverənov qeyd edib ki, xüsusi texnikaların alınmasından sonra sürətli yollarda işçilərin təhlükəsizliyi təmin olunacaq və ölüm halı azalacaq.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri