14 
Sen
2018
18:03
97
44
3831
Virtual karabakh

Agentlik sahibkarlara xəbərdarlıq etdi

14 Sen, 2018
18:03
3831

Agentlik sahibkarlara xəbərdarlıq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA ) sahibkarlara müraciət edib.

AQTA-dan Oxu.Az-a verilən məlumata görə, qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılmasına başlanılmasından xeyli vaxt keçməsinə baxmayaraq, qida məhsulları sahəsində fəaliyyət göstərən bir çox sahibkarlıq subyektləri müəyyən olunan vaxt çərçivəsində qeydiyyatdan keçmək üçün müraciət etməyiblər.

Qeyd olunub ki, “Yeyinti məhsulları haqqında” qanuna əsasən (maddə 7), Azərbaycanda qida məhsulları sahəsində çalışan subyektlərin fəaliyyəti qida təhlükəsizliyi üzrə mövcud texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə yoxlanılır. Yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi üzrə qeydiyyata alınır. 

Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərini öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə dəvət edir.

Bildirilir ki, qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində ciddi tədbirlər həyata keçiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri