14 
Sen
2018
20:59
16
408
5346
Virtual karabakh

Şamaxıda 15 yaşlı oğlanı avtomobil vurub öldürdü

14 Sen, 2018
20:59
5346

Şamaxıda 15 yaşlı oğlanı avtomobil vurub öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxıda piyadanı avtomobil vurub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şamaxı - Göylər - Padarçöl avtomobil yolunda baş verib.

Avtomobil yoldan keçən piyada, Şamaxı rayon Quşçu kənd sakini, 2003-cu il təvəllüdlü İsmayılov Müraciət Rza oğlunu vurub. Ağır xəsarət alan M. İsmayılov yol polisi əməkdaşları tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. 

Cərrahiyə şöbəsinə yerləşdirilən M. İsmayılovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstaxanada vəfat edib. 

Hadisəni törədən avtomobilin sürücüsü isə polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.

R.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri