17 
Sen
2018
14:03
113
54
21341
Virtual karabakh

Oxu.Az-ın mobil tətbiqinin yeni versiyası: asan, rahat, əlverişli

17 Sen, 2018
14:03
21341

Oxu.Az-ın mobil tətbiqinin yeni versiyası: asan, rahat, əlverişli

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hörmətli oxucular!

Oxu.Az Android və iOS əməliyyat sistemləri ilə çalışan smartfonlar üçün saytımızın mobil tətbiqinin yenilənməsi barədə məlumat verməkdən böyük məmnunluq duyur.

Bir müddət öncə saytın internet versiyasında xəbərlərin audio dinlənilməsi imkanı tətbiq edilib və indi bu funksiya Oxu.Az-ın mobil versiyasında da əlçatandır.

Bu, sürücülərin, yolda olan insanların, o cümlədən görmə qabiliyyəti ilə bağlı problemi olanların ölkədə və dünyada baş verən hadisələrdən xəbərdar olması imkanı yaradır. 

Biz internet sərfiyyatının çoxluğu ilə bağlı istifadəçilərin şikayətlərini nəzərə almışıq. Yenilənmiş versiyada siz şəkillərin göstərilməsini qapada və xəbər lentini adi rejimdə izləyə bilərsiniz.

Və bu son deyil. Biz sizin vaxtınızı dəyərləndiririk, buna görə də tətbiqimizə daha bir yenilik əlavə etmişik, bununla, vacib informasiyalar sizin smartfonlarınıza bildiriş formasında gələcək.

Tətbiqin yenilənmiş formasını yükləmək üçün bu linkə daxil ola bilərsiniz:

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri