23 
Sen
2018
15:41
67
604
8456
Virtual karabakh

Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

23 Sen, 2018
15:41
8456

Yağışın yaratdığı fəsadlar aradan qaldırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın mərkəzi küçələrində su basmış ərazilərdə fəsadlar aradan qaldırılıb.

Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, hazırda mərkəzdən kənar ərazilərdə də yağışın fəsadlarının aradan qaldırılması üçün işlər davam etdirilir. 

“Bu cür hadisənin baş verməsinə səbəb 40 dəqiqə ərzində aylıq normanın 122 faizi qədər yağışın yağmasıdır”, - İcra Hakimiyyətindən bildirilib.

BŞİH-dən həmçinin qeyd edilib ki, yaranan hadisə ilə bağlı işlər hazırda “Azərsu” ASC tərəfindən aparılır.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri