24 
Sen
2018
12:16
93
225
13371
Virtual karabakh

Abşeronda hoteldə gənc qız öldürüldü

24 Sen, 2018
12:16
13371

Abşeronda hoteldə gənc qız öldürüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 23-də  Abşeron rayonunun Fatmayı kəndi ərazisində hoteldə Ucar rayon sakini, 21 yaşlı Aysel Orucova bıçaqla qətlə yetirilib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“İsti izlər”lə həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev qısa zamanda müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri