24 
Sen
2018
14:31
396
33
6036
Virtual karabakh

Evsiz azərbaycanlıya vətənə qayıtmaq üçün kömək ediləcək

24 Sen, 2018
14:31
6036

Evsiz azərbaycanlıya vətənə qayıtmaq üçün kömək ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Kiyevdəki səfirliyi Ukraynanın Mariupol şəhərinin Levoberejnaya rayonunda xiyabanlardan birində yaşayan Yusif Nağıyevlə əlaqə saxlayıb və onun vətənə qaytarılması üçün işlər aparılır. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “0629” nəşrinə könüllü və fəal İnna Komisarova məlumat verib. 

Bundan əvvəl məlumat verilmişdi ki, Nağıyev Levoberejnaya rayonunda xiyabanlardan birində yaşayır. O, Azərbaycandan Mariupola köçdükdən bir müddət sonra sənədlərini itirib və pulsuz qalıb. Soyuq qışı küçədə keçirən Nağıyevin ayağının bir hissəsi amputasiya edilib. 

Onun haqqında məlumat yayıldıqdan sonra Nağıyevə kömək etmək istəyənlərin sayı çoxalıb. 

İnna Komisarova Azərbaycan icması ilə əlaqə saxlayıb. Nağıyev könüllülərin köməyilə videozəng vasitəsilə Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşları ilə əlaqə saxlayıb. Məlum olub ki, onun Azərbaycanda qohumları var.

O, doğma şəhəri Göyçaya qayıtmazdan əvvəl Mariupol xəstəxanalarından birində müalicə olunacaq.

Qırmızı Xaç cəmiyyətinin bu problemi diqqətdə saxladığı bildirilib. 

“Hazırda onun sənədləri ilə bağlı məsələlər həll edilir”, - İnna Komisarova deyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri