25 
Sen
2018
09:51
240
72
3033
Virtual karabakh

Azərbaycanlılar MDB-də ən ayıq millətdir

25 Sen, 2018
09:51
3033

Azərbaycanlılar MDB-də ən ayıq millətdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MDB ölkələri arasında ən az spirtli içki qəbul edənlər azərbaycanlılardır, burada bir insan (15 yaşdan yuxarı) il ərzində 0,8 litr spirtli içki qəbul edir. 

Oxu.Az xəbər verir ki, bu məlumatlar Ümumdünya Səhiyyə Təşkilatının 2018-ci il ərzində alkoqol və sağlamlıq vəziyyətinə dair hesabatında yer alıb. 

Azərbaycanda yaşayanların 63 faizi sərt içkilərə, 29 faizi pivəyə, yalnız 8 faizi şəraba üstünlük verir.

Hesabatda Moldova ən çox spirtli içki qəbul edən ölkə hesab edilib (15,2 litr).

Rusiya bu siyahıda dördüncü pillədədir. Burada il ərzində insanlar 11,7 litr spirtli içki qəbul edir. İkinci yeri Litva (15 litr), üçüncü yeri isə Latviya (12,9 litr) tutub.

Müqayisə üçün bildirək ki, Almaniyada yerli sakinlər il ərzində 13,4 litr, Böyük Britaniyada isə 11,4 litr spirt qəbul edir. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri