25 
Sen
2018
13:04
249
58
3993
Virtual karabakh

Oxu.Az-ın fotoqrafı beynəlxalq mükafata layiq görüldü - FOTO

25 Sen, 2018
13:04
3993

Oxu.Az-ın fotoqrafı beynəlxalq mükafata layiq görüldü - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda “Gilavar Photo Club of Azerbaijan” fotoklubunun təşkilati dəstəyi ilə keçirilən daha bir beynəlxalq fotomüsabiqəyə yekun vurulub.

Oxu.Az-ın məlumatına görə, Beynəlxalq Fotoqrafiya İncəsənəti Federasiyası (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) xüsusi icazəsi ilə keçirilən “BAKU 2018” adlı fotomüsabiqəyə 55 ölkədən 329 fotoqraf 5 min 741 foto təqdim edib.

Sərbəst rəngli və sərbəst ağ-qara, insanlar, səhayət və təbiət mövzuları üzrə təqdim olunan fotolar üç nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. 

Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.

Ümumilikdə beş nominasiya üzrə təqdim olunan 216 mükafata 50 ölkənin 164 fotoqrafı, o cümlədən Azərbaycandan olan fotoqraflar Kərim Abbasov, Orxan Əzimov, Ramil Zeynalov (Oxu.Az) və Nadejda Cavadova layiq görülüb. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.

Qeyd edək ki, “Gilavar Photo Club of Azerbaijan” fotoklubunun da iştirakı ilə üç ölkədə - Azərbaycan, Makedoniya və Monteneqroda “Autumn 2018” adlı beynəlxalq fotomüsabiqə keçirilir və bu müsabiqəyə oktyabr ayında yekun vurulacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri