25 
Sen
2018
16:07
41
198
14399
Virtual karabakh

“Whatsapp”da insanları təşvişə salan məlumatlarla bağlı - AÇIQLAMA

25 Sen, 2018
16:07
14399

“Whatsapp”da insanları təşvişə salan məlumatlarla bağlı - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən (AQTA) “Whatsapp”da bir sıra qida məhsulları ilə bağlı yayılan məlumatlar barədə açıqlama verilib.

AQTA-dan Oxu.Az-a verilən məlumata görə, “Whatsapp” mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə reallığı əks etdirməyən əsassız məlumatlar yayılıb.

Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səsbəb olur.

Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına Agentlik tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür.

Bildirilir ki, insanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcək.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri