25 
Sen
2018
18:46
226
28
3251
Virtual karabakh

İranla sərhəddə qaçaqmalçılara qarşı yeni avadanlıq quraşdırılacaq

25 Sen, 2018
18:46
3251

İranla sərhəddə qaçaqmalçılara qarşı yeni avadanlıq quraşdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Gömrük Komitəsi (DGK) “B-scan” adlı yoxlama aparatı almağı planlaşdırır.

Oxu.Az-ın məlumatına görə, bunu Gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması Baş İdarəsinin Gömrük əməliyyatlarının tənzimlənməsi idarəsinin rəisi Anar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

A.Məmmədov bildirib ki, bu avadanlıqlar vasitəsilə insanların daxili orqanlarında gizlədilən narkotik vasitələr və qanunsuz predmetlər gömrük ərazisində qısa zamanda aşkarlanacaq:

"Avadanlıqların əsasən İranla sərhəddə yerləşən gömrük sərhəd-keçid məntəqələrində yerləşdirilməsi nəzərdə tutulub”.

A.Məmmədov qeyd edib ki, yeni yoxlama avadanlıqları bu ilin sonunadək gətiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri