25 
Sen
2018
21:52
22
274
11107
Virtual karabakh

Sabah Bakının bəzi yerlərində qaz olmayacaq

25 Sen, 2018
21:52
11107

Sabah Bakının bəzi yerlərində qaz olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabah Bakının Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İB-dən Oxu.Az-a verilən məlumata görə, buna səbəb təmir işlərinin aparılmasıdır. 

Saat 09:00-dan təmir işləri tamamlananadək Nizami rayonu, Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində məhdudiyyət olacaq.

Zəruri təmir işləri aparıldığı zaman Binəqədi və Biləcəri qəsəbələrində, eləcə də Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinin bir hissəsinin qaz təchizatına fasilə yaranması mümkündür.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri