26 
Sen
2018
11:36
284
25
12899
Virtual karabakh

Bakıda avtoxuliqanlıq edən “Porsche” sürücüsü saxlanıldı - FOTO/VİDEO

26 Sen, 2018
11:36
12899

Bakıda avtoxuliqanlıq edən “Porsche” sürücüsü saxlanıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi rayonunda gecə saatlarında əhalinin dincliyini pozan, piyadalar üçün təhlükə yaradan, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, avtoxuliqanlıq hərəkətləri edən bir qrup sürücü Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, onların bir neçəsi 6-cı mikrorayon, Cavadxan küçəsində yerləşən parkda, digərləri həmin əraziyə yaxın küçələrdə aşkarlanaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Saxlanılan “Porsche” və “Niva” markalı avtomobillərdən qadağan olunmuş səs siqnalları, kustar üsulla hazırlanan tünd pərdələr aşkarlanıb. Həmçinin “Niva” markalı avtomobillərin yük yerlərindən nəqliyyat vasitələrinin ön hissələrinin yuxarı qalxması üçün istifadə edilən qum kisələri də aşkar edilib.

Qeyd edək ki, avtoxuliqanlıq edən sürücülər barəsində Binəqədi rayon DYPŞ-də toplanan materiallar qərar qəbul edilməsi üçün məhkəmələrə göndərilib.

Bundan əlavə Binəqədi rayon ərazisində yükdaşıma qaydalarını pozan, istismar müddətini başa vurmuş, həmçinin yükləri açıq şəkildə təhlükəli vəziyyətdə daşıyan 20-ə yaxın yük maşını da cərimə meydançasına yerləşdirilib. 

Araşdırma zamanı yük maşınlarını idarə edən şəxslərdən birinin sürücülük hüququnun altı ay müddətinə məhdudlaşdırıldığı məlum olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri