27 
Sen
2018
17:29
24
289
7706
Virtual karabakh

Səhiyyə Nazirliyindən Bakıda vərəmin yayılmasına - MÜNASİBƏT

27 Sen, 2018
17:29
7706

Səhiyyə Nazirliyindən Bakıda vərəmin yayılmasına - MÜNASİBƏT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər “Whatsapp” mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə, eyni zamanda, ümumtəhsil müəssisəsində vərəmin sürətlə yayılması barəsində əsassız məlumatlar yayılır.

Oxu.Az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, Bakının Yasamal və Nəsimi, eləcə də, ölkənin digər bölgələrində xəstəliyin yayılması barədə yayılan informasiyalar əsassızdır.

Adıçəkilən rayonlarda uzun illər aparılan vərəm əleyhinə tədbirlər nəticəsində ilkin xəstələnmənin səviyyəsi ölkənin digər bölgələrindən dörd dəfə aşağıdır:

“Belə qərəzli informasiyalar uşaq, yeniyetmə və gənclərin müayinələrdən yayındırılmasına xidmət edir. Hər il digər bölgələrdə olduğu kimi, Yasamal və Nəsimi rayonlarında yüz minlərlə uşaq və yeniyetmə vərəmə görə profilaktik müayinələrə cəlb olunur.

Onlar arasında vərəmə yoluxma və xəstələnmənin səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının göstəricilərindən qat-qat aşağıdır. Bizim ölkədə vərəm xəstəliyinin epidemik vəziyyəti yoxdur və ola da bilməz”.

Qeyd edilib ki, vərəm əleyhinə tədbirlərin yerinə yetirilməsinə Səhiyyə Nazirliyinin və Bakı Baş Səhiyyə İdarəsinin mövcud bölmələri daim nəzarət edirlər:

“Bu problem Səhiyyə Nazirliyinin daim nəzarətindədir”.

İlhamə Əbülfət
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri