10 
Okt
2018
14:43
262
39
8509
Virtual karabakh

“Range Rover”lə qəza törədən polis serjantının həbs müddəti uzadıldı

10 Okt, 2018
14:43
8509

“Range Rover”lə qəza törədən polis serjantının həbs müddəti uzadıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun həbs-qətimkan müddətinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. 

Oxu.Az xəbər verir ki, vəsatət təmin edilib və X.Məmmədovun həbs müddəti daha üç ay uzadılıb. 

Qeyd edək ki, bu il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub.

O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri