11 
Okt
2018
14:58
74
31
3007
Virtual karabakh

“Orion Servis” MMC müştəri məmnuniyyətinə önəm verir - FOTO

11 Okt, 2018
14:58
3007

“Orion Servis” MMC müştəri məmnuniyyətinə önəm verir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün ölkəmizdə ticarət müəssisələrinin, market şəbəkələrinin, alış-veriş mərkəzlərinin sayı getdikcə artmaqdadır. Müxtəlif təyinatlı ticarət obyektləri fərqli sahələrlə məşğul olsalar da, onların fəaliyyət göstərməsi üçün, bu mərkəzlərə üz tutan müştərilərin ödəniş edə bilmələri üçün nəzarət kassa aparatlarının olması şərtdir.

Odur ki, bunu nəzərə alan  “Orion Servis” MMC uzun illərdir nəzarət kassa aparatlarının, eləcə də,  elektron tərəzilərin satışı və servis texniki xidmətinin göstərilməsi ilə məşğul olur. Gündən-günə artan müştərilərin məmnuniyyətinin nəticəsidir ki, hazırda şirkətin ölkəmizin bütün bölgələrində regional satış və servis texniki xidmət şöbələri fəaliyyət göstərir. 

Bakı şəhəri ilə yanaşı, regionlarda sosial-iqtisadi inkişafa təkan verən yeni müəssisələrin, ticarət mərkəzlərinin, gözəllik mərkəzlərinin, tibbi müəssisələrin, idman mərkəzlərinin  fəaliyyətə başlaması nəzarət kassa aparatlarına və elektron tərəzilərə tələbatı artırıb.

Odur ki, bölgələrdə yeni fəaliyyətə başlayan şirkətlər, kiçik və orta sahibkarlıqla məşğul olan müəssisələr, mərkəzlər “Orion Servis” MMC-nin yüksək xidmətinə etibar edərək onların məhsullarına üstünlük verir, əməkdaşlığı daha da genişləndirirlər.

“Orion Servis” MMC-də işinin peşəkarı olan yüksək səviyyəli mütəxəssislər çalışır, müştərilərin arzu və müraciətindən asılı olaraq, onları maraqlandıran suallara cavab verir, texniki məsələlərə aydınlıq gətirirlər.

“Orion Servis” MMC -nin mütəxəssislərinə nəzarət kassa aparatlarının və elektron tərəzilərin təmiri, quraşdırılması və texniki servis xidmətinin göstərilməsi üçün istehsalçı tərəfindən tam iş prinsipi öyrədilib.

Xidmət sahələrində və ticarət müəssisələrində əhali ilə nağd pul hesablaşmalarının aparılması üçün nəzərdə tutulmuş  nəzarət kassa aparatlarından istifadə edən müəssisələrə məhsullar və onların texniki göstəriciləri barədə ətraflı məlumat verilir, arzularına uyğun məhsul seçməkdə onlara yardım edilir.

2018-ci ildə 15  ilini qeyd edəcək “Orion Servis” MMC qarşısına bir sıra məqsədlər qoyub. Əsas məqsəd isə şirkətin texniki bazasını və xidmət gücünü artıraraq,  daha uğurlu layihələrə imza atmaq, bu sahədə daha böyük nüfuza malik olmaqdır.

Şirkətin önəm verdiyi əsas prinsip təqdim etdiyi hər məhsuldan müştərinin məmnun qalmasıdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri