11 
Okt
2018
15:26
170
36
1601
Virtual karabakh

Nazir müavini: Ağac kəsiminə görə 72 min manat cərimə tətbiq olunub

11 Okt, 2018
15:26
1601

Nazir müavini: Ağac kəsiminə görə 72 min manat cərimə tətbiq olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son üç ay ərzində ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb.

Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, bu ilin son altı ayı ərzində Bakı şəhəri ərazisində 61 ağacın icazəsiz kəsildiyi, 98 ağacın isə zədələndiyi aşkar edilib:

“Bununla bağlı 59 təqsirkar şəxsə 71800 manat məbləğində cərimə, 23745 manat məbləğində ziyan tətbiq olunub. 40 fakt üzrə təqsirkarların tapılması və qanunamüvafiq tədbir görülməsi üçün polis orqanlarına müraciət edilib. Müqayisə üçün bildirək ki, son üç ay ərzində isə 12 ağacın kəsildiyi, 14 ağacın zədələndiyi müəyyən edilib. Rəqəmlər də bunu deməyə əsas verir ki, son üç ayda ağac kəsintisi nəzərəçarpacaq dərəcədə azalıb.

Aparılan təhlillər göstərir ki, Nazirliyin “qaynar xətt”inə ağacların kəsilməsi ilə bağlı daxil olan şikayətlərin sayında əhəmiyyətli dərəcədə azalma var. May ayında ağac kəsintisi üzrə 30 şikayət daxil olduğu halda, sentyabr ayında bu rəqəm azalaraq 15 olub”.

Nazir müavini qeyd edib ki, ölkə başçısının Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, ağacların kəsilməsi halları xeyli azalıb, amma tam aradan qaldırılmayıb:

“Nazirlik tərəfindən bundan sonra da ağac kəsənlərə qarşı sərt tədbirlər görüləcək, ölkə başçısının verdiyi tapşırıqlara uyğun olaraq ağac kəsintisi hallarının tam aradan qaldırılması üçün qəti addımlar atılacaq”.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri