11 
Okt
2018
15:43
35
152
2567
Virtual karabakh

Rusiyada azərbaycanlıya 10 il həbs cəzası verildi

11 Okt, 2018
15:43
2567

Rusiyada azərbaycanlıya 10 il həbs cəzası verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

30 yaşlı Azərbaycan vətəndaşı Rusiyanın Tobolsk məhkəməsi tərəfindən 10 il müddətinə həbs edilib. 

Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, 2016-cı ilin aprelində Azərbaycan Respublikasının vətəndaşı oğurluq üstündə aldığı həbs cəzasını başa vurub və Tobolsk həbsxanasından azadlığa buraxılıb. 

Azadlığa çıxdıqdan sonra o, Rusiyadan getməyib və qanunsuz formada Tobolskda yaşamağa davam edib. 

2018-ci il iyunun 10-da kişi evlərdən birindən çıxan zaman polis tərəfindən saxlanılıb. Onun həmin binadakı poçt qutularına heroin qoyduğu müəyyən edilib. 

Üzərinə baxış zamanı onun cibindən də heroin aşkarlanıb. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri