11 
Okt
2018
16:52
86
42
3045
Virtual karabakh

XII Azərbaycan Beynəlxalq Təhsil sərgisi açıldı - FOTOREPORTAJ

11 Okt, 2018
16:52
3045

XII Azərbaycan Beynəlxalq Təhsil sərgisi açıldı - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ekspo Mərkəzində XII Azərbaycan Beynəlxalq Təhsil “Education 2018” sərgisi bu gün işinə başlayıb.

Oxu.Az-ın xəbərinə görə, sərgi 13 oktyabr tarixinə qədər davam edəcək.

Beynəlxalq Təhsil sərgisi hər il aparıcı ali təhsil müəssisələrini, o cümlədən, orta ixtisas təhsil müəssisələrini və ixtisasartırma mərkəzlərini bir araya gətirir. Bu sərgi ölkədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan yeganə sərgidir. 

Sərgi dünyanın 12 ölkəsindən 135 iştirakçını bir araya gətirərək, 90-dan çox müxtəlif fakültələri təqdim edir.

Bu il Azərbaycan, Avstriya, Almaniya, Belarus Respublikası, Çex Respublikası, Latviya, Litva, Rusiya, Türkiyə, Özbəkistan və digər ölkələri təmsil edən iştirakçılar öz məktəb, gimnaziya, kollec, universitet və kurslarını sərgidə təqdim edəcək.

Yerli ali təhsil müəssisələri arasında isə ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası, Fransa-Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Texnologiya Universiteti (Gəncə) və digər təhsil müəssisələri yer alır.

Təhsil sərgisinə giriş 9-11-ci sinif şagird, abituriyent, tələbə, valideynlər və təhsil sahəsinin digər peşəkarlarına açıq olacaq.

Sərgi “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilir.

İlhamə Əbülfət
FOTO: Ramil Zeynalov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri