11 
Okt
2018
16:22
290
23
1502
Virtual karabakh

Yaşıllıqların məhvinə görə cərimələr beş dəfə artırıla bilər

11 Okt, 2018
16:22
1502

Yaşıllıqların məhvinə görə cərimələr beş dəfə artırıla bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaşıllıqların məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Nazirlər Kabinetinə müraciət edilib.

Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. 

Onun sözlərinə görə, müraciətin səbəbi yaşıllıqların məhv edilməsi ilə bağlı cərimələrin beş dəfə artırılmasıdır:

“Yaxın vaxtlarda qərar barədə mediada məlumat olacaq”.

F.Əliyev bildirib ki, yaxın günlərdə meşələrin giriş-çıxışlarına kameralar quraşdırılacaq.

Nazir müavini qeyd edib ki, son on ildə “Azərlandşaft” ASC tərəfindən Abşeron yarımadası və magistral yolların kənarında 5.4 milyon ağac əkilib:

“Bu proses davam edəcək. Bakı-Qazax, Ələt-Astara, Bakı-Qusar istiqamətində işlər həyata keçiriləcək”.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri