12 
Okt
2018
12:00
138
23
7571
Virtual karabakh

Respublika Müalicəvi Diaqnostika Mərkəzində unikal əməliyyat

12 Okt, 2018
12:00
7571

Respublika Müalicəvi Diaqnostika Mərkəzində unikal əməliyyat

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

72 yaşlı xəstənin döş qəfəsi açılmadan və anesteziya verilmədən qapalı üsulla ürək qapağı dəyişdirilib. Bu əməliyyat Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) yüksək ixtisaslı həkimləri – ürək-damar cərrahı Anar Əmrah, invaziv kardioloqlar Abbasəli AbbasəliyevŞahin Xəlilov tərəfindən uğurla həyata keçirilib. Əməliyyat ən müasir avadanlıqlarla təmin olunmuş hibrid salonunda (Angioqrafiya və əməliyyatın bərabər aparıldığı əməliyyatxana) aparılıb.

TAVI əməliyyatının digər əməliyyatlarla müqayisədə ağırlaşma faizi olduqca aşağıdır. Əməliyyat orta hesabla bir saat davam edir və xəstə əməliyyatdan 24-48 saat sonra evə yazılır.

Qeyd etmək lazımdır ki, qapalı üsulla ürək qapağının dəyişdirilməsi tibbin ən müasir yeniliklərindəndir. Bu əməliyyat artıq üçüncü dəfədir ki, həkim heyətimiz tərəfindən uğurla həyata keçirilir.

Bu əməliyyatı digərlərindən fərqləndirən cəhət isə ölkəmizdə ilk dəfə istifadə olunan qapağın (Starr-Edwards S3) daha uzunömürlü olması və daha incə kateter vasitəsilə xəstəyə implantasiya edilməsidir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri