12 
Okt
2018
12:38
29
83
2825
Virtual karabakh

Badamdarda təhlükə: obyektlərin fəaliyyəti dayandırıldı

12 Okt, 2018
12:38
2825

Badamdarda təhlükə: obyektlərin fəaliyyəti dayandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Badamdarda sürüşmə ilə bağlı ətrafdakı obyektlərin fəaliyyəti dayandırılıb.

Bunu Oxu.Az-a açıqlamasında Səbail rayon icra başçısının müavini Abit Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda təhlükəli ərazi müəyyənləşdirilir:

“Oktyabrın 3-dən ərazidə aktivlik var idi. Həmin gündən buraya nəzarət olunurdu. Ötən gecə aktivlik artıb və ərazidə ciddi yarğanlar  yaranıb. Təhlükə olar deyə, əraziətrafı yollar bağlanıb və obyektlərin fəaliyyəti dayandırılıb ki, sürüşmə olarsa, həyati təhlükə olmasın”.

Abit  Əliyev qeyd edib ki, təhlükəli ərazi müəyyənləşəndən sonra qərar veriləcək:

“Baş nazirin müavini Hacıbala Abutalıbov və digər rəsmilər əraziyə baxış keçirib. Saat 16:00 ərazi barədə qərar veriləcək”.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri