12 
Okt
2018
15:11
20
208
5888
Virtual karabakh

“Palmali” gəmisində aclıq: ekipaj üzvləri arasında azərbaycanlı da var

12 Okt, 2018
15:11
5888

“Palmali” gəmisində aclıq: ekipaj üzvləri arasında azərbaycanlı da var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir aydan çoxdur aclıq elan edən Türkiyənin “Palmali” şirkətinə (şirkətin rəhbəri - türkiyəli və azərbaycanlı iş adamı Mübariz Mənsimovdur - red.) məxsus “Riroyl-2” gəmisinin ekipaj üzvlərinin sağlamlığı pisləşir. 

Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, gəmi sahibi dənizçilərin maaşların verilməsi tələbini yerinə yetirmir, onlar Rusiya ilə sərhədə yaxınlaşmaq niyyətindədirlər. 

Ekipaj üzvləri sentyabrın 1-də maaşların gecikməsi səbəbindən aclıq aksiyasına başlayıb. “Palmali” şirkətinin ümumilikdə ekipaj üzvlərində 200 min dollardan çox borcu var. 

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının mətbuat xidmətinin məlumatına əsasən, ekipaj üzvü doqquz rusiyalı və bir Azərbaycan vətəndaşından ibarətdir. Onlar gəmidə altı ay işləyiblər. Maaşlarla bağlı problem isə ötən ildən başlanılıb. 

Hazırda “Riroyl-2” gəmisi Qara dənizdə, Kerç boğazından 12 mil aralıdadır. 

Azov-Don Həmkarlar İttifaqından bildirilib ki, “Palmali” şirkəti 4 gəminin - “Riroyl-5”, “Riroyl-3”, “Riroyl-2” və “Adriatik Mariner”in ekipaj üzvlərinə maaşları ödəmir. 

Maaşlarla bağlı problem səbəbindən Malta bayrağı ilə üzən “Riroyl-5” gəmisi də Azov limanında aclıq elan etmişdi. Nəqliyyat prokurorluğunun işə qarışmasından sonra türk şirkəti Azov və Rostov-na-Don limanlarında dayanan tankerlərə olan 6 milyon rubl (91 min dollar - red.) borcu ödəmişdi və aksiya dayandırılmışdı. 

Qeyd edək ki, “Palmali” şirkətində əvvəllər də bu cür problemlər olub.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri