15 
Okt
2018
16:52
173
19
15978
Virtual karabakh

Qızına yarım milyonluq toy edən məmur xəstəxanaya düşdü - YENİLƏNİB

15 Okt, 2018
16:52
15978

Qızına yarım milyonluq toy edən məmur xəstəxanaya düşdü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov xəstəxanaya yerləşdirilib.

Oxu.Az xəbər verir ki, Open.az-ın əldə etdiyi məlumata görə, sabiq məmurun səhhətində ciddi problemlər yaranıb və o, dərhal xəstəxanaya yerləşdirilib. 

Hazırda Q.Şükürov istintaqın nəzarəti altında müalicə alır.

14:45

“Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov istintaqa cəlb edilib. 

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, artıq onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. 

Hazırda cinayət işi üzrə hallar araşdırılır.

Qeyd edək ki, Q.Şükürov cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmada və külli miqdarda mənimsəmədə ittiham edilir.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, oktyabrın 4-də “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Q.Şükürov bir müddət əvvəl qızı Aysel Şükürovanın toyuna 400 min dollar xərcləməsi haqqında yayılan xəbərlərlə gündəmə gəlmişdi.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri