17 
Okt
2018
15:25
19
215
32424
Virtual karabakh

İntim yerlərdə pirsinq Azərbaycanda klassika olacaq - MÜSAHİBƏ

17 Okt, 2018
15:25
32424

İntim yerlərdə pirsinq Azərbaycanda klassika olacaq - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənclər özünü ifadə etmək, fərdiliyini vurğulamaq, hansısa submədəniyyətə aidliyini təsdiq etmək, kütlədən fərqlənmək, diqqət mərkəzində olmaq və ya məşhur kumirlərinə oxşamaq üçün müxtəlif yollar axtarırlar. 

Bu üsullardan biri də bədənin neştərlənməsi, daha dəqiq desək, pirsinqdir. Pirsinq bodi-artın istiqamətlərindən biri hesab edilir. 

“Vikipediya” məlumatlarına əsasən, bədən modifikasiyasının bir forması bədənin bir sıra yerlərində deşiyin yaradılması və həmin yerə bəzək və ya zinət əşyalarının taxılmasıdır. 

Bədənin hər yerində bunu etmək mümkündür: üzdəki müəyyən hissələrdən başlayaraq, intim yerlərə kimi...

Azərbaycana bu tendensiya Qərbdən gəlib və ölkə ictimaiyyətində kifayət qədər populyarlıq qazanıb. 

Hazırda ölkənin bir çox salonlarında pirsinq üzrə ustalar xidmət göstərir. Qadınlarla yanaşı, kişilər də artıq bu xidmətə müraciət edirlər. 

Oxu.Az pirsinq üzrə azərbaycanlı usta Gülya Məmmədova ilə söhbət edib, ölkədə pirsinqə olan tələbatı və marağı öyrənib.

Müsahibimizin bu qeyri-adi və eyni zamanda, təhlükəli sənətlə tanışlığı 12 yaşından başlayıb. ABŞ-ın “Evanescence” rok-qrupunun fanatı olan qız bu qrupun solistində olduğu kimi, özündə pirsinq etdirmək qərarına gəlib:

-  Ancaq, təəssüf ki, buna özüm cəsarət edə bilmədim. Salona getdim və orada tapança ilə qaşımda dəlik açdılar. Bundan sonra qaşıma infeksiya düşdü və anam bunu biləndə məni danladı. O, məni döyürdü, mənsə onun acığına hər şey edirdim... Və nəticədə, bir neçə gün əvvəl anamın qulağını deşdirdim və özümə tatu etdirdim. 

- Azərbaycanda pirsinq nə qədər məşhurdur?

- Düşünürəm ki, Azərbaycanda pirsinq son 3-4 ildə çox məşhur olub. 

- Pirsinq xidmətlərində yaş məhdudiyyəti var?

- Bir çox xidmətlərdə olduğu kimi, burada da yaş məhdudiyyəti var – 18+. Həddi-buluğa çatmayan şəxsləri valideynlərsiz qəbul etmirəm. 

- Azərbaycanda qızlarla oğlanlar arasında pirsinqə tələbat nə qədərdir?

- Qızlarda tələbat çoxdur, ancaq deyə bilərəm ki, qadınlar da qızlardan geri qalmır. Mənim işlədiyim qadınların 70 faizinin yaşı 35-dən çoxdur. Və deyə bilərəm ki, onlarla işləmək çox rahatdır.   

- Hansı məqsədlə cəmiyyətimizin nümayəndələri pirsinq etdirirlər? Hesab edirlər ki, bu, gözəl və müəyyən üslubdadır, kiminsə tərzinə əməl etməyə çalışırlar və ya kütlədən fərqlənməyə çalışırlar?  

- Düşünürəm ki, kimsə kiməsə oxşamaq üçün pirsinq etdirir. Çox güman ki, gənc xanımlar kimdəsə bunu görəndə, yan keçə bilmirlər. Bu, insanı kütlədən ayırır. 

- Bədənin hansı hissəsində daha çox dəlik açılmasına üstünlük verirlər?

- Bizdə xanımlar daha çox standart pirsinq formalarına üstünlük verirlər: qulağın yuxarı və ya aşağı hissəsinə, burun və ya göbəyə. İntim pirsinqi də unutmaq olmaz. Yaxın gələcəkdə mənə elə gəlir ki, bu da klassika olacaq. Kişilər isə daha çox qulaq, dil və döş uclarına pirsinq etdirməyi xoşlayırlar. 

- Dəlik açılma zamanı hər hansı problemlə qarşılaşmısınız?

- Düzünü desəm, mən belə bir problemlə qarşılaşmamışam. Problem bir dəfə olub və onu da problem adlandırmazdım. Gənc qız qulağına pirsinq etdirmək üçün buraya gəldi və səhhətində heç bir problem olmadığını bildirdi. 

Mən onun qulağına pirsinq etdim. O razı qaldı, güzgüyə baxdı və qəşəng göründüyünü bildirdi. 10-15 saniyə sonra isə huşunu itirdi, üç dəfə ard-arda bu təkrar olundu. Çox həyəcan keçirdim. Özünə gələndə isə dedi ki nadir hallarda da olsa, bu cür hallar baş verir. İndi o yaxşıdır və sağlamdır. 

- İslamda pirsinq, tatu və bədənə edilən modifikasiyanın müxtəlif formaları qəti şəkildə qadağan olunur. Bununla bağlı nə düşünürsünüz? 

- Belə deyim: İslamda pirsinq etmək günahdır, tatu isə daha çox günahdır. Pirsinq deşikdir, tatu isə rəsmdir. Bəzəyi istənilən an çıxarmaq olar. Tatu isə ömürlükdür. Əlbəttə pirsinq tatu kimi ağrılı deyil. Buna görə düşünürəm ki, Allah vuranı və vurduranı bağışlamır. 

- Elə müştəri olub ki, bədənin çox hissəsini deşdirsin?

- Bəli, belələri olub, ancaq çox yox, bir neçə dəfə olub. Onları fikrindən daşındıra bilməmişəm. Çox sayda dəlik açılmasının tərəfdarı deyiləm. 

- Yerli tanınmışlardan sizə müraciət edən olub?

- Onların istəyi var, ancaq ağır iş qrafiki səbəbindən bunu edə bilmirlər. Adlarını tək-tək açıqlaya bilmirəm, elələri var ki, onların pirsinqindən heç kimin xəbəri yoxdur. 

- Azərbaycanda bədənin müxtəlif nahiyələrinə vurulan pirsinqlərin qiyməti nə qədərdir?

- Dəliyin qiyməti bədənin nahiyələrindən asılıdır. Elələri var ki, 20 manat, elələri var, 220 manatdır. Nəzərə almaq lazımdır ki, bu, ömürlükdür. Bir dəfə pul ödəyirsən. 

- Pirsinqin vurulmasını öyrənmək üçün nə qədər vaxt lazımdır?

- Ömür boyu... 20 ildən çox bu işlə məşğul olan sənətkarlar da hələ də treninqlərə gedir. 

- Dəlik açdırmazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır?

- İnsanın sağlamlıqla bağlı problemləri varsa, bu, vacibdir. Şəkər, hipertoniya, ürək-damar sistemindəki problemlər zamanı xüsusilə həkim məsləhəti lazımdır. Əgər burun əməliyyat olunubsa və burunda dəlik açılacaqsa, burada cərrahla məsləhətləşmək vacibdir. Yeri gəlmişkən, antibiotiklərin istifadəsi zamanı dəlik açılması qadağandır. 

Çinarə Q. 
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri