20 
Okt
2018
13:15
107
30
3855
Virtual karabakh

İstirahət gününə olan hava proqnozu açıqlandı

20 Okt, 2018
13:15
3855

İstirahət gününə olan hava proqnozu açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, sabah, oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. 

Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-17°, gündüz 20-25° isti təşkil edəcək. Bakıda gecə 15-17°, gündüz 23-25° isti olacaq. 

Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 55-60% olacaq. 

Azərbaycanın rayonlarında sabah hava, əsasən, yağmursuz olacaq. Lakin Naxçıvan Muxtar Respublikasında və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 22-27° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti təşkil edəcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri