20 
Okt
2018
14:52
83
85
9239
Virtual karabakh

Səmada da tıxaclar olur – Aviadispetçerlərlə müsahibə

20 Okt, 2018
14:52
9239

Səmada da tıxaclar olur – Aviadispetçerlərlə müsahibə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər il 20 oktyabr Beynəlxalq Aviadispetçerlər Günü kimi qeyd edilir. Bu gündə Oxu.Az-ın müxbiri Azərbaycan Hava Hərəkatı İdarəsinin dispetçerləri Fərhad Quliyev və Leyla Bəşirova ilə danışıb. 

- Aviadispetçerin işi necə qurulub? Aviadispetçer kimdir?

F.Q.: Aviadispetçer ilk növbədə uçuşların təhlükəsizliyini təmin edir. Mühərrikin işə salmasından uçuşadək və eniş zamanı bütün prosesləri biz – aviadispetçerlər nəzarət edir. 

- Aviasiyaya necə gəlmisiniz?

L.B.: Bizdə bu, ailə adətidir. Mənim ailəmdə çoxları bu sənətin sahibidir. Uşaq yaşlarından aviasiya barədə çoxlu deyimlər eşitmişəm. Bununla da bu sahəyə marağım yaranıb. Nəticədə mən aviasiya təhsili aldım və aviadispetçer kimi işə düzəldim. 

F.Q.: Bu mənim uşaqlıq arzumdur. Bağçaya gedəndə, təyyarələrin üzərimizdən necə uçduğunu görürdüm və həmişə sual verirdim: “Bu təyyarə havada necə qalır?”. Uşaqlıqdan maraq yaranıb və mən bu sahədə işləməyi arzuladım. Bəli, bir çox oğlanlar pilot olmaq istəyirlər. Məktəbi qurtaranda, instituta girmək vaxtı çatdı və mən Azərbaycan Milli Aviasiya Akademiyasında təhsil almaq qərarına gəldim. Aviadispetçerin işi çox məsuliyyətlidir. Harada məsuliyyət varsa, ora maraq da böyükdür. 

Bizim işimiz çox məsuliyyətlidir. Əlbəttə ki, hər iş məsuliyyət tələb edir. Ancaq aviadispetçer ən məsuliyyətli işlərdən biridir. 

 
- Aviadispetçer daha çox kişi peşəsidir. Qadın aviadispetçer olmaq necədir?

L.B.: Qadın aviadispetçer olmaq çətin deyil. Bunu ancaq özüm barədə deyirəm. Əsas maraqlı olmaq və işini sevməkdir. Qorxmuram, sevgi ilə bu sahəyə gəlmişəm. 

- Aviadispetçerin iş günü nə ilə başlayır?

L.B.: İş günümüz təlimatla başlayır, bu zaman bizə uçuş planları, hava şəraiti, aerodromun vəziyyəti haqqında məlumat verilir. Sonra növbətçiliyə başlanılır. 

- Pilotlarla əlaqə necə qurulur?

F.Q.: İlk növbədə, mühərriki işə salmazdan əvvəl təyyarənin ekipajı dispetçerlə əlaqə saxlayır və zonadan çıxmaq üçün şərt istəyir. “ATC routeclearance” əldə etdikdən sonra ekipaj idarəemə dispetçeri ilə əlaqəyə girir və o, mühərrikin işə salınması üçün icazə verir. 

- Gün ərzində dispetçer necə təyyarə yola salır?

F.Q.: Gün ərzində biz 400 təyyarə ilə əlaqə qururuq, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı gün ərzində 200 təyyarə qəbul edir və yola salır. 

- Təyyarələr bir-birindən nə qədər məsafədə olmalıdır?

F.Q.: Uçuş zamanı təyyarələr arasında 5 hava mili məsafəsində olmalıdır, rayon mərkəzində isə bu məsafə azı 10 hava mili olur. 

- Sizin işiniz böyük məsuliyyət tələb edir və buna görə də daim stress hiss edirsiz. Stress vəziyyətindən azad olmaq üçün nə edirsiz?

F.Q.: Bəli, bizim işimiz stressiz olmur. Ancaq bizdə stressi atmaq üçün yaxşı şərait yaradılıb. İstirahət üçün xüsusi otaqlar var, idarəetmədən sonra ora gedə və 20 dəqiqə istirahət edə, stress ata bilərik. Əgər dispetçer özünü pis hiss edirsə, o, uçuşların idarəsi ilə məşğul olan rəhbərliyə müraciət edə və əvəzlənə bilər. 

- İş qrafikiniz necədir?

L.B.: Biz gecə və gündüz işləyirik, istirahət üçün isə 3 gün verilir.

- Havada “tıxaclar” olurmu?

F.Q.:  Əlbəttə, “tıxaclar” hər zaman olur. Müəyyən vaxt kəsiyində bizdə təyyarələrin axını müşahidə edilir. Hətta elə vaxt olub ki, bir dispetçer bir saat ərzində 50-dən çox təyyarəni idarə etməli olub. Bax, buna “tixac” deyilir! Dispetçer də bu axını nizamlamaq üçün lazımdır. 

- Aviasiya karyeranız ərzində fors-major və ya qəza vəziyyəti yaranıb?

L.B.: Allaha şükür, 5 illik karyeram ərzində belə hallar baş verməyib. 

F.Q.: Məndə kiçik hal olub. 

- Necə öhdəsindən gəldiniz?

F.Q.: Sakitcə. 

L.B.: Bizdə bunun üçün müəyyən təlimatlar var. 

F.Q.: Bu bizim işimizdir. Əvvəldə qeyd etdiyim kimi, biz uçuşların təhlükəsizliyini təmin edirik. Biz ekipajın mühərrikdə problemin yaranmasına, sərnişinlərlə problemlərə və ya digər hallara hazırıq. Biz bunu gözləyirik. 

L.B.:  Bizi buna hazırlayırlar, belə vəziyyətdə necə hərəkət etməli olduğumuzla bağlı xüsusi kurslar keçirik. 

- Azərbaycanda qadın aviadispetçerlər çoxdurmu?

F.Q.: 20-dən azdır. 

- Qadınların bu peşəyə həvəsi nə ilə bağlıdır?

L.B.: Mənim ailəm aviatorlardan ibarətdir və buna görə mən də aviadispetçer olmaq qərarına gəldim. 

- İşdə hansı çətinliklərlə qarşılaşmalı olursunuz?

F.Q.: Dediyim kimi stresslə qarşılaşırıq. Çətin hava şəraitlərində qüllədə oturan dispetçer ətrafda nələrin baş verdiyi, təyyarənin enişə necə girdiyini görmür və bu dispetçerdə stressə səbəb olur, çünki söhbət yüzlərlə insanın həyatından gedir. Ancaq bizim “Aircon 2100” sisteminin köməyi ilə dispetçer lokatorlar vasitəsilə təyyarənin enişə girməsini müşahidə edə və bununla da Azərbaycan Hava Məkanının təhlükəsizliyini təmin edə bilər. Həmçinin bizdə “A-SMGCS” sistemi var ki, bu da çətin hava şəraitində aeroport ərazisində təyyarələrin və digər nəqliyyat vasitələrinin harada olmasını müəyyən etmək olur. 

- Aviadispetçer hansı keyfiyyətə və biliyə sahib olmalıdır?

L.B.: Dispetçer anormal hallara tez cavab verə bilməli, xüsusilə gecə növbələrində diqqətli olmalıdır.

F.Q.: Bundan başqa, bizdə ingilis dili biliyinə sahib olmaq lazımdır, biz İKAO cədvəli üzrə 4-cü səviyyəyə sahib olmalıyıq. Leyla xanım dediyi kimi, diqqətli və sağlam olmalıyıq. İldə bir dəfə tibbi müayinədən keçirik və tibbi sertifikatın üçüncü sinfinə sahib olmalıyıq. 

Təlimatdan əvvəl biz tibbi baxışdan keçirik, əgər sağlamlıqla bağlı hansısa problemimiz varsa, bizi hava idarəetməsinə buraxmırlar. Uçuşların rəhbəri təlimata qədər tibbi baxışın nəticələrini öyrənir. Dispetçer özünü pis hiss etdiyi vaxtı ehtiyat dispetçer çağırılır.

Oxu.Az Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyev​ə, Birləşmiş Hava Nəqliyyatı İdarəetmə Sisteminin Əsas Mərkəzinin rəhbəri Bala Mirzəyevə, Aerodromun Uçuşları rəhbəri Elxan Qədirliyə, Hava Hərəkəti İdarəsinin dispetçerləri Fərhad Quliyevə, Leyla Bəşirovaya və aviasiya sahəsinin digər əməkdaşlarına müsahibə və ekskursiyaya şərait yaratdıqları üçün təşəkkür edir. 

Biz bütün aviadispetçerləri peşə bayramları münasibəti ilə təbrik edirik!

Çinarə Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri