22 
Okt
2018
01:58
558
61
9748
Virtual karabakh

Əməkdar artist: Evləndirməzdən əvvəl övladlarınıza təhsil verin

22 Okt, 2018
01:58
9748

Əməkdar artist: Evləndirməzdən əvvəl övladlarınıza təhsil verin

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlətin rəsmi nikahı olmadan evliliyi, ailə qurulmasını qəbul etmirəm.

Bunu Oxu.Az-a açıqlamasında tanınmış sənətçi, xanəndə, Əməkdar artist Nuriyyə Hüseynova erkən nikahların artmasında və bunun nəticəsində bəzi problemlərin yaranmasında dini kəbinlərin də müəyyən dərəcədə rol oynaması ilə bağlı mediada və cəmiyyətdə səslənən fikirlərə münasibətini bildirərkən deyib.

Bu yöndə narahatlıqları bölüşən Əməkdar artist deyib ki, dini kəbin dövlət nikahından sonra olsa da, olar, olmasa da, olar.

Tanınmış sənətçi eyni zamanda, valideynlərin öz övladlarının şəxsi-həyat məsələləri ilə bağlı qərar verməsinə toxunub və onlara öz tövsiyəsini verib.

“Valideynlər öz övladlarına ciddi diqqət etməlidirlər.

Müəyyən bir yas dönəmində onlar hər hansı bir səhv addım ata bilər. Sonda isə ortaya çıxan problemlərin həllini tapmaq və onları nizamlamaq çox çətin olur.

Ortaya xoşagəlməz şeylərin çıxmağını istəməyən valideynlərə tövsiyəm: ən başdan, evlilikdən əvvəl övladlarına təhsil versinlər, onların təhsil almalarının qayğısına qalsınlar. Təhsilsizlik, savadsızlıq ciddi bəladır.

Çünki mənə görə, elə həm İslamın, həm də  həyatın nizamlı idarə olunmasının əsasında elm və mədəniyyət dayanır”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri