27 
Okt
2018
17:29
25
98
5814
Virtual karabakh

“Vikipediya”dakı məlumatlara inanmaq olarmı? - Mütəxəssis rəyi

27 Okt, 2018
17:29
5814

“Vikipediya”dakı məlumatlara inanmaq olarmı? - Mütəxəssis rəyi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əvvəllər ensiklopediya, indi isə onu əvəz edən vikipediya.

Nə qədər oxşar cəhətləri olsa da, onları fərqləndirən əsas məqam nəzarət məsələsidir. Belə ki, ensiklopediyadakı məqamlara dövlət nəzarət edirsə, “Vikipediya”da bu, tam sərbəstdir. Yəni, istənilən şəxs burada qeydiyyatdan keçib, informasiya yerləşdirə və dəyişiklik edə bilər.

Elə ona görədir ki, “Vikipediya”da tarixi şəxsiyyətlər, şair və yazıçılar haqqında məqalələrdə xoşagəlməz ifadələrə rast gəlinir. Bu cür informasiyalardan biri də Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri olan Abdulla Şaiq haqqında yazılıb.

İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi İradə Ələkbərova deyir ki, “Vikipediya” azad olduğundan hər kəs istədiyi informasiyanı yerləşdirə bilər:

“Ümumiyyətlə, “Vikipediya” açıqdır, azad saytdır. İstənilən adam oraya daxil olub informasiya götürə, daxil edə, dəyişdirə bilər. Onu elə yaradıblar ki, insanlara rahat olsun”.

“Vikipediya”ya nəzarət edən hər hansı qurum yoxdur. Buradakı informasiyaların düzgün və səhv olmasını istifadəçilər müəyyən edir. Bu da özlüyündə “Vikipediya”nın etibarlı mənbə olmadığını göstərir:

“Burada əyləncə olmaz, burada xüsusi elmi mühit var. Yəni müəyyən elmi sahəyə marağı olan insanlar yığışırlar və müzakirələr aparırlar. Bunun əsasında da konsensus yaradılır və məqalələr təkmilləşdirilir”.

İradə Ələkbərova onu da qeyd etdi ki, “Vikipediya”nın Azərbaycan bölməsindən, əsasən, gənclər istifadə edir. Elmi təfəkkürü, siyasi baxışları olmayan şəxslər isə tarix, sosial, siyasi və iqtisadi həyat haqqında məqalələr yazır.

Billurə Mikayıllı, Valeh Arifoğlu
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri