31 
Okt
2018
14:40
24
97
3868
Virtual karabakh

Alman vətəndaşı Azərbaycan məhkəməsinə müraciət edib

31 Okt, 2018
14:40
3868

Alman vətəndaşı Azərbaycan məhkəməsinə müraciət edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda zərərçəkmiş qismində tanınan iş adamı Almaniya Stichternath Heins-Georg Tomas Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edib. 

Oxu.Az xəbər verir ki, alman vətəndaşı məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxs Ələddin Yusifovla arasındakı bütün heç bir şikayət tələbinin olmadığını deyib: “Azərbaycan məhkəmələrinə etibar etmişəm və inanıram ki məhkəmə doğru qərar çıxarıb. Ona görə Almaniyadan bura gəlmişəm. Biz Ələddinlə barışmışıq”. 

Zərərçəkmişin nümayəndəsi Anar Umudov şikayətin olmaması ilə bağlı ərizəni məhkəməyə təqdim edib. 

Ə.Yusifovun vəkili Zaur Niftəliyev isə deyib ki, vurulmuş ziyandan bir hissəsi istintaqın dövründə, qalan hissə isə məhkəmə zamanı ödənilib. 

İttihama görə, Ələddin Yusifov 2005-ci ildə “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edib. O, həmin MMC vasitəsi ilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub. 

Ələddin Yusifov həmin MMC-nin direktoru vəzifəsində işləyərkən Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib.

O, almaniyalı iş adamına neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib, ona biznesə daha çox investisiya qoyulduğu halda daha çox gəlir əldə edəcəklərinə inandırıb. 

Ələddin Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon 540 min manat istəyib, həmin pulun 20 faiz miqdarında gəlir əldə edəcəklərinə yalandan vəd verib. 

Stichternath Heins-Georg Tomas Almaniya Federativ Respublikasında fəaliyyət göstərən müxtəlif banklar vasitəsi ilə “Texnikabank”da “QKSSS” MMC-nin hesabına 6 milyon 540 min manat köçürüb. 

Ələddin Yusifov həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib. 

İstintaq orqanı tərəfindən Ələddin Yusifovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Yusifov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. 

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri