Noy
2018
13:21
182
76
13765
Virtual karabakh

Birinci ol və Oxu.Az-dan mobil telefon qazan!

1 Noy, 2018
13:21
13765

Birinci ol və Oxu.Az-dan mobil telefon qazan!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku.TV video portalı Oxu.Az ilə birlikdə “Mobil reportyor” rubrikasına başlayır!

Əgər siz maraqlı və vacib hadisənin şahidi olmusuzsa, bu müsabiqə sizin üçündür. Videonu çəkin və bizim [email protected] ünvanımıza və ya redaksiyanın Whatsapp (Telegram) nömrəsinə: (+99455) 974-34-03 göndərin. 

İştirakçılar üçün əsas tələblər çox sadədir: video sizin tərəfinizdən çəkilməli və yalnız bizim saytlarda yayımlanmalıdır.

Təqdim olunan videomateriallar Azərbaycan Respublikasının mövcud qanunvericilik normalarına zidd olmamalı və müəllif hüquqlarını pozmamalıdır.

Bütün göndərilən videolar Baku.tv saytının müvafiq bölməsində yayımlanacaq və xəbər şəklində Oxu.Az saytında yerləşdiriləcək (xəbərin yazılması barədə qərarı yalnız Oxu.Az-ın redaksiyası qəbul edir). Ay ərzində ən çox baxılan videonun müəllifi mükafat olaraq “Xiaomi Redmi 6” smartfonunu qazanacaq. 

Müsabiqədə iştirak şərtləri:

İnternetdən götürülmüş və redaksiyaya göndərilmiş videolar hətta sonradan saytda yayımlansa belə, müsabiqəyə qəbul edilmir,

Müsabiqə üçün redaksiyaya göndərilmiş videolar yalnız saytlarda (Baku.Tv və ya Oxu.Az-da) yayımlandıqdan sonra müsabiqədə iştirak edir,

Videonun yayımlanması ilə bağlı qərar redaksiya tərəfindən qəbul edilir və onun müəllifi qəbul edilmiş qərarla bağlı məlumatlandırılır. 

Qalib hər ayın ilk günündə Baku.TV saytının müvafiq bölməsindəki baxış sayına uyğun elan edilir. 

Baxış sayını süni artırmaq mümkün deyil, hətta bütün günü F5 düyməsini basmaqla belə. Biz artıq lazımı qərarlar qəbul etmişik və hər şey ədalətli olacaq!

Bizim müsabiqəmizdə iştirak edin və qalib olun! Bütün iştirakçılardan yalnız müsbət videolar almaq arzusu ilə! Hər kəsə uğurlar!

* Qalibə təqdim olunacaq smartfonun arxa qapağında “Noyabr 2018” (nümunə kimi) yazısı (ilin hər ayına görə yazı dəyişəcək) və Oxu.Az-ın loqotipi əks olunacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri