Noy
2018
14:13
42
682
40548
Virtual karabakh

Bakıda maşın taksidən düşən qadını vurub öldürdü - FOTO + YENİLƏNİB

2 Noy, 2018
14:13
40548

Bakıda maşın taksidən düşən qadını vurub öldürdü - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi dünən Bilgəh-Buzovna yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. 

Oxu.Az bununla bağlı Nazirliyin mətbuat xidmətinə istinadən məlumat yayıb. 

Məlumatda bildirilib ki, noyabrın 1-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Bəxtiyar Ağayev idarə etdiyi “AzSamand” markalı avtomobillə yolun kənarında dayanmış həmyerlisi Coşqun Zeynallının idarə etdiyi “Mercedes” markalı avtomobili və həmin vaxt avtomobildən düşən sərnişin - paytaxt sakini Elmira Haşımovanı vurub. Nəticədə qadın hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

09:55

Bilgəh-Buzovna yolunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.

Oxu.Az xəbər verir ki, qəza nəticəsində dünyasını dəyişən qadının qızının yaxın günlərdə toyu olmalı idi.

Hadisə şahidləri bildiriblər ki, qadın maşının sol qapısından düşdüyü zaman onu digər avtomobil vurub. Qəza zamanı qadını ünvan başına gətirən taksinin sürücüsü də yüngül xəsarət alıb. 

“Anam işdən qayıdırdı. Məhərrəm ayı başa çatandan sonra toyum olmalı idi. Hamı toya hazırlaşırdı, amma yas düşdü”, - qadının qızı deyib. 

Hadisə yerində araşdırma aparan yol-patrul xidmətinin əməkdaşlarının sözlərinə görə, ilkin ehtimallara əsasən, qəza “Azsamand” markalı avtomobilin sürücüsünün sürət həddini aşması və yolun sağ zolağı ilə ötmə əməliyyatı etməsi olub. 

01.11.2018

Bilgəh-Buzovna yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, “Azsamand” markalı avtomobil qadını vurub. 

Qadın hadisə yerində ölüb. 

Bildirilir ki, qadın taksidən düşərkən “Azsamand” tərəfindən vurulub. 

A.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri