Noy
2018
21:13
200
35
2634
Virtual karabakh

Siyəzəndə vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək

5 Noy, 2018
21:13
2634

Siyəzəndə vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyə edilib. 

Vəkillər Kollegiyasından Oxu.Az-a verilən məlumata görə, qeyd olunan tövsiyənin icrası ilə əlaqədar olaraq keçirilən tədbirlər çərçivəsində 8 noyabr 2018-ci il tarixdə bir qrup vəkil tərəfindən Siyəzən rayonunda yerləşən Heydər Əliyev adına mərkəzdə ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquq yardım göstərilməsi nəzərdə tutulub.

Azərbaycan Dövlət Bayrağı gününə həsr edilmiş tədbir saat 10:00-dan 13:00-dək davam edəcək.

Bu kimi tədbirlər respublikanın digər regionlarında da müntəzəm olaraq keçiriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri