8 
Noy
2018
11:07
45
210
9038
yuxarı
Yağışlı hava Bakıda qəzalara səbəb oldu
8 Noy, 2018
11:07
9038
45
210
Yağışlı hava Bakıda qəzalara səbəb oldu
Yağışlı hava şəraiti ilə əlaqədar gecə saatlarında paytaxt ərazisində üç yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
O bildirib ki, sürücülər kəskin hava şəraitini nəzərə almayaraq, sürəti artırdıqları üçün qəzalar qeydə alınıb:
“Paytaxtın müxtəlif istiqamətlərində maddi zərərlə nəticələnən üç yol nəqliyyat hadisəsi baş verib: iki nəqliyyat vasitəsinin toqquşması və bir də avtomobilin yüksək sürət səbəbindən yol kənarındakı manelərə çırpılması. Qəza nəticəsində ölüm faktı qeydə alınmayıb”.
Könül Cəfərli
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
25 
Apr
2024
01:26
İstilər özü ilə birlikdə avtobuslarda kondisioner problemini gətirib - VİDEO
24
10
336
24 
Apr
2024
21:36
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb
76
17
534