Noy
2018
11:48
23
88
3518
Virtual karabakh

Badamdar sürüşmə zonasında son vəziyyət açıqlandı

8 Noy, 2018
11:48
3518

Badamdar sürüşmə zonasında son vəziyyət açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Badamdar şosesindəki sürüşmə zonasında ciddi dəyişiklik yoxdur.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. 

Onun sözlərinə görə, gün ərzində müşahidələr davam etdiriləcək:

“İstənilən sürüşməyə meyilli ərazilərdə atmosfer çöküntüləri olduqda aktivlik bir az da artır. Yağış yağsa da, ərazidə güclü aktivlik yoxdur. Dünən Badamdar ərazisinə baxış keçirilib və aktivlik qeydə alınmayıb. Bu gün yenidən əraziyə baxış keçiriləcək”.

Əziz Qaralov qeyd edib ki, Bakının müxtəlif ərazilərində sürüşmə prosesində güclü aktivlik qeydə alınmayıb.

İlhamə Əbülfət 
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri