8 
Noy
2018
13:06
23
221
6666
yuxarı
Bakı metrosunda texniki nasazlıq: vaqonlar boşaldıldı
8 Noy, 2018
13:06
6666
23
221
Bakı metrosunda texniki nasazlıq: vaqonlar boşaldıldı
“28 May” metrostansiyasında qatarların hərəkətində problem yaşanıb.
Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, qatar stansiyadan birbaşa depoya göndərilib:
“Həzi Aslanov”dan “Dərnəgül” istiqamətində hərəkət edən qatarlardan birində texniki nasazlıq yaranıb. Qatar “28 May” stansiyasında saxlanılıb və sərnişinlər dərhal qatardan çıxarılıb. Hələlik nasazlığın hansı səbəbdən yarandığı bəlli deyil.
Ümumilikdə qatarların intervalında beş dəqiqəyə qədər yubanma olub. Hazırda bütün stansiyalarda qatarların intervalı normalara uyğun şəkildə bərpa edilib”.
Könül Cəfərli
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
25 
Apr
2024
14:32
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO
54
5
2174
25 
Apr
2024
14:26
Məhkəmə qərar verdi: İşdən çıxarılan baş həkim vəzifəsinə qaytarılmalıdır
116
9
1993