Noy
2018
21:36
27
184
2188
Virtual karabakh

Beyləqanda top mərmisi aşkarlandı

8 Noy, 2018
21:36
2188

Beyləqanda top mərmisi aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beyləqan rayonunda top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Oxu.Az-a verilən məlumata görə, Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə rayonun Mil qəsəbəsi ərazisində bir ev və həyətyanı sahəyə baxış keçirilib. 

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən aşkar olunan 1 ədəd 76 mm-lik top mərmisi (OF-350) zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin tapıldığı yerin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri