13 
Noy
2018
17:21
128
28
2024
Virtual karabakh

Mətbuat Şurası: Çap məhsulları üzərindən ƏDV götürülsün

13 Noy, 2018
17:21
2024

Mətbuat Şurası: Çap məhsulları üzərindən ƏDV götürülsün

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan mediasının iqtisadi durumu problemsiz deyil. Çap məhsulları üzərindən Əlavə Dəyər Vergisinin (ƏDV) götürülməsi yaxşı olardı. Bu, büdcə üçün elə də böyük rəqəm deyil.

Oxu.Az məlumat verir ki, bunu Milli Məclisin plenar iclasında 2019-cu il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

Ə.Amaşov qeyd edib ki, verginin götürülməsi bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq.

O, təhsil sahəsinə ayrılan maliyyənin artırılmasını təklif edib.

“Bu vəsait azərbaycandilli məktəblərdə dərsliklərin daha müasir hazırlanmasına sərf edilsin. Son zamanlar müzakirələrə səbəb olan məsələlər bunu tələb edir. Bu məktəblər güclü olmalıdır ki, övladlarını digər dillərdə olan məktəblərə göndərən valideynlərin bəhanəsi olmasın”, - deyə millət vəkili əlavə edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri