13 
Noy
2018
17:07
267
37
5429
Virtual karabakh

Bakıda tələblərə uyğun olmayan ət kəsimi qurğuları sökülüb - FOTO

13 Noy, 2018
17:07
5429

Bakıda tələblərə uyğun olmayan ət kəsimi qurğuları sökülüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhəri Yasamal rayonunda fəaliyyət göstərən qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında quraşdırılmış qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-a verilən məlumata görə, qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün monitorinqlər davam etdiriləcək və qanunla müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri