14 
Noy
2018
21:45
64
34
3957
Virtual karabakh

Tanınmış modelyerə qarşı oğurluq edən şəxslər hakim qarşısına çıxarılır

14 Noy, 2018
21:45
3957

Tanınmış modelyerə qarşı oğurluq edən şəxslər hakim qarşısına çıxarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər LütfəliyevCeyhun Eyvazovun məhkəməsinin vaxtı məlum olub.

Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək prosesin hazırlıq iclası noyabrın 21-ə təyin edilib.  

Qeyd edək ki, iş üzrə modelyerə dəymiş ziyan 100 min manatdan çoxdur.

L. Əhmədova hüquq-mühafizə orqanlarına şikayət edərək bildirib ki, 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi, 29 ünvanında yerləşən obyekti Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan icarəyə götürüb.

Onun sözlərinə görə, bir zirzəmi və 3 mərtəbədən ibarət olan obyekti ilkin razılıqla aylıq 24 min manata icarəyə götürüb. Obyekt sahibləri ilə L.Əhmədova arasında əldə olunan razılaşmaya əsasən icarədar obyektdə təmir işləri aparmalı və sonrakı dövrdə təmirə xərclədiyi vəsait hissə-hissə aylıq icarə pulundan çıxılmalı imiş.

L. Əhmədovanın sözlərinə görə, təmirə başlayandan bir müddət sonra Nizami Ağayev ona maneçilik törətməyə başlayıb:

“Mən buranın təmirinə 1 milyon 100 min manat pul xərcləmişəm. Amma 1 manat da gəlir əldə etməmişəm. Düşünürəm ki, əslində Nizami Ağayevin əvvəlcədən fikri buranı mənə təmir elətdirib, sonra əlimdən almaq olub.

Əvvəlcə binanın üçüncü mərtəbəsini əlimdən aldılar. Orada 15 yeni kondisioner quraşdırmışdıq. Onun hamısını onlara bağışladım. Müəyyən müddət keçəndən sonra binanın ikinci mərtəbəsini restoran kimi istifadə etməyi nəzərdə tutmuşduq və orada buna uyğun olaraq təmir işləri aparmışdıq. Bir gün gəlib baxanda, restoranın mətbəx hissəsinin tamamilə dağıdıldığını gördük. Lakin yerə vurduğumuz bahalı parket və digər təmir normal vəziyyətdə qalmışdı. Oranı da Nizami Ağayev əlimizdən aldı”.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri