15 
Noy
2018
13:22
250
21
3378
yuxarı
Deputatlar iclaslarda ancaq Azərbaycan dilində danışacaq? - AÇIQLAMA
15 Noy, 2018
13:22
3378
250
21
Deputatlar iclaslarda ancaq Azərbaycan dilində danışacaq? - AÇIQLAMA
İntizam Komissiyasının tərkibi ilə bağlı deputatların təklifinə baxılıb. Komissiyanın tərkibinin 11 nəfərə çatdırılması qərara alınıb. İclasın baş tutması, yetərsay üçün yeddi nəfərin iştirakı məqbul hesab edilib.
Oxu.Az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
O, millət vəkillərinin iclaslarda ancaq Azərbaycan dilində çıxış etməsi təklifinə də toxunub:
“Bu məsələ Konstitusiyamızda öz əksini tapıb. Yəni, başqa dillərdə danışmaq məsələsi orada istisna olunmur. Yəni, bu təklif məqbul sayılmayıb”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək