15 
Noy
2018
18:15
31
90
3013
Virtual karabakh

Bakıda vəkillərin beynəlxalq konfransı öz işinə başlayıb - FOTO

15 Noy, 2018
18:15
3013

Bakıda vəkillərin beynəlxalq konfransı öz işinə başlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15-16 noyabr tarixində “Fairmont” mehmanxanasında Avropa Şurası, Hüquqşünasların Beynəlxalq Komissiyası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq konfrans bu gün öz işinə başlayıb.

Oxu.Az-ın məlumatına görə, tədbirdə 16 xarici ölkədən nümayəndələr, o cümlədən Belarus, Gürcüstan, Rusiya, Türkiyə vəkillər kollegiyalarının rəhbərləri, Niderland Krallığı, Birləşmiş Krallıq, Fransa, İsveçrə, Qazaxıstan, Ukrayna, Özbəkistan vəkillər kollegiyalarının üzvləri, Avropa Şurası, Avropa İttifaqı, Hüquqşünasların Beynəlxalq Komissiyası, Birləşmiş Millətlər Təşkilatı, Avropa Vəkillər İttifaqı və Hüquq Cəmiyyətləri və digər beynəlxalq təşkilatların nümayəndələri, habelə Konstitusiya Məhkəməsinin və digər məhkəmələrin hakimləri, Prezident Administrasiyasının, digər dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 100-dən artıq üzvü, yerli və beynəlxalq ekspertlər iştirak edirlər.

İki gün davam edəcək və dörd sessiyada keçiriləcək konfransın məqsədləri beynəlxalq ekspertlərin və dünyanın müxtəlif ölkələrinin vəkillər kollegiyalarının nümayəndələrinin vəkillik peşəsinin idarəetmə və rolu ilə bağlı perspektivlərinin bir araya gətirilməsidir. 

Tədbirlərdə müvəkkillərinin insan hüquqlarının müdafiəsini həyata keçirərkən vəkillərin əməl etməli olduqları tələb və şərtlərin müqayisəli təhlili aparılacaq.

Konfrans iştirakçılarının çıxışları, əsasən vəkillik peşəsinin təşkili və idarəetməsi, vəkil etikası və vəkillərin peşəyə qəbul mövzularında nəzərdə tutulub. Bundan başqa, Avropa Şurası və Hüquqşünasların Beynəlxalq Komissiyası tərəfindən təklif olunan, müstəqil vəkillik peşəsinin formalaşmasında vəkillər üçün keçirilən təlimlərin roluna və müxtəlif resurslara xüsusi diqqət yetiriləcək.

Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov tədbir iştirakçılarını salamlayaraq konfransın məqsədi və proqramı barədə məlumat verib, həmçinin son dövrdə Azərbaycanda vəkillik peşəsinin inkişafı istiqamətində aparılan tədbirlər, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının əhəmiyyəti, ölkəmizdə bu sahədə olan çatışmazlıqlar və onların aradan qaldırılması üçün aparılan işlər barədə danışıb, bu baxımdan hazırki konfransın müxtəlif ölkələrlə təcrübə mübadiləsi və gələcək əməkdaşlıq üçün mühüm rol oynadığını bildirib.

Tədbirin təşkilatçılarından Hüquqşünasların Beynəlxalq Komissiyasının baş katibi Saman Zarifi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas və Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov da giriş sözləri ilə çıxış ediblər.

Bundan əlavə, tədbir iştirakçıları səfər çərçivəsində Heydər Əliyev Mərkəzini ziyarət edəcəklər, sonda isə qonaqların şərəfinə ziyafət veriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri