16 
Noy
2018
11:34
13
132
4432
Virtual karabakh

Azərbaycanlı miqrantlar fırıldaqçıların toruna necə düşür? - RƏY

16 Noy, 2018
11:34
4432

Azərbaycanlı miqrantlar fırıldaqçıların toruna necə düşür? - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək fəaliyyətinə icazə və müvəqqəti yaşayış üçün qeydiyyatdan keçmək kimi məsələləri vaxtında həll etmədən, Rusiyadakı azərbaycanlı əmək miqrantları şübhəli şirkətlərə kömək üçün müraciət edir və nəticədə, fırıldaqçıların əlinə düşürlər.

Oxu.Az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin İctimai Şurasının sədri Azər Allahverənovun fikrincə, bu məsələdə ilk növbədə miqrantların özləri günahkardırlar:

“Rusiyaya gedən əmək miqrantları sənədlərini qeydiyyatdan keçirməyə tələsmirlər, zaman azaldıqda isə bütün problemləri bir dəfəyə, bir gündə həll etməyə çalışırlar. Buna görə də problemlərin həllini vəd edən vasitəçi şirkətlərə müraciət edirlər. Sənədləşməyə pul xərcləmək istəməyən miqrantlar fırıldaqçıların əlinə düşürlər”, - deyə o bildirib.

A.Allahverənovun sözlərinə görə, Rusiya Federal Miqrasiya Xidməti tərəfindən müntəzəm aparılan reydlər zamanı aydın olur ki, onların sənədləri saxtadır. Təbii ki, Rusiya ərazisində qeyri-leqal yaşamağa görə böyük məbləğdə cərimə tətbiq edilir və ya ölkədən deportasiya olunurlar.

“Belə olan halda, qeyri-leqal miqrant sübut etməyə çalışır ki, sənədlərini qanuni yolla  qeydiyyata salıb, hətta vasitəçi şirkətin ünvanını da qeyd edir, lakin bir qayda olaraq fırıldaqçı şirkətlər tez-tez ünvanlarını dəyişirlər ki, izi itirsinlər.

Nəticədə heç bir günahı olmayan günahkar miqrant fırıldaqçının əvəzinə də cavab verməli olur, həm maddi, həm mənəvi ziyana düşür. Əgər onu məcburi şəkildə ölkədən çıxarmasalar da, o özü Rusiyanın sərhədlərini tərk etməyə məcbur olur, çünki aldığı kiçik əməkhaqqı məbləği ilə böyük cərimələri ödəmək imkanı qalmır”, - deyə ekspert qeyd edib.

Vəfa Fərəc
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri