17 
Noy
2018
10:31
9
175
10258
Virtual karabakh

Bakıda zəncirvari qəza - FOTO/VİDEO

17 Noy, 2018
10:31
10258

Bakıda zəncirvari qəza - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gecə saatlarında paytaxtın Bakıxanov qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın Baku TV-yə istinadən xəbərinə görə, “Mitsubishi” markalı avtomobil öncə “Mersedes”ə, daha sonra “Niva”ya çırpılıb. 

İlkin araşdırma zamanı məlum olub ki, 90 ZJ 014 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobilinin sürücüsü Axundov Fətəli Vəlibəy oğlu nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edib.

Qəza zamanı xəsarət alan F.Axundov Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, kəllə-beyin travması diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir. 

Digər iki avtomobilin sürücüləri xəsarətsiz ötüşüb, avtomobillərə isə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

Baku TV, Elvin Nüsrətoğlu, Elşad Mətləboğlu
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri