19 
Noy
2018
11:07
61
289
3297
Virtual karabakh

Baş nazirin müavini: Ermənilər torpaqlarımızda narkotik becərir

19 Noy, 2018
11:07
3297

Baş nazirin müavini: Ermənilər torpaqlarımızda narkotik becərir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SSRİ vaxtında Azərbaycan sərhədlərini rusiyalı sərhədçilər qoruyurdu. Etiraf edək ki, sərhədlər çox güclü qurulurdu. Oradan narkotik keçirmək mümkün deyildi. SSRİ dağıldıqdan sonra sərhədlər də dağıldı və bu da narkotik vasitələrin qanunsuz dövriyyəsinə şərait yaratdı. Hazırda Azərbaycan sərhədləri daha da güclü qorunur.

Oxu.Az-ın məlumatına görə, bunu BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının 53-cü sessiyasında çıxış edən baş nazirin müavini Əli Həsənov deyib.

O bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib:

“Bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrlik hissəsi nəzarətsiz zonaya çevrilib ki, həmin ərazilərdən Avropaya və digər ölkələrə narkotik vasitələr daşınıb”.

Əli Həsənov qeyd edib ki, işğal altında olan torpaqlarımızda ermənilər tərəfindən narkotik bitkilər becərilir: 

“Narkotiklərin istehsalı və tranziti bazasının, terrorçu qrupların yaradılması və onlara təlimlər keçirilərək digər münaqişə zonalarına istiqamətləndirilməsi təhlükənin miqyasını daha da artırır. Bu, işğalçı siyasət beynəlxalq normaları pozur”.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri