19 
Noy
2018
12:41
119
21
3425
yuxarı
Stansiyadan rabitə xəttini oğurlayan ələ keçdi - VİDEO
19 Noy, 2018
12:41
3425
119
21
Stansiyadan rabitə xəttini oğurlayan ələ keçdi - VİDEO
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus təmir və yenidənqurma işlərinin aparıldığı Sabunçu stansiyasının ərazisindən beş metr hündürlükdən gedən mis tərkibli rabitə xəttinin oğurlanması barədə Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib.
Oxu.Az xəbər verir ki, Sabunçu Xətt Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini İbrahim Abbasov oğurladığı naqili metal qəbulu məntəqəsinə satmaq istəyən zaman saxlanılıb.
Araşdırma zamanı onun stansiyaya məxsus 80 metr naqili oğurladığı məlum olub.
Qeyd olunan faktla bağlı Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək