19 
Noy
2018
14:48
135
20
2541
Virtual karabakh

Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı ölkəsinə göndərildi

19 Noy, 2018
14:48
2541

Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı ölkəsinə göndərildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə dələduzluqda, saxta sənədlər hazırlamaqda təqsirləndirilən Ulluqçu Yaverin öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb. 

Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara əsasən, U.Yavər Türkiyəyə ekstradisiya edilib. 

Ulluqçu 2006-cı ildə Türkiyədə dələduzluqda, saxta sənəd düzəltməkdə, maşınların  motorundan nömrələri dəyişdirərək onları satmaqda ittiham edilib.

Qeyd edək ki, Türkiyə vətəndaşı Ulluqçu Yavər bu il Bakının Səbail rayonunda saxlanılıb. Məlum olub ki, o, öz ölkəsində cinayət törədərək Azərbaycana qaçıb.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri